Şriftin ölçüsü :

Saytın rəngi :

Pirhəsənli kəndində növbəti səyyar görüş keçirilib

16 fevral 2023 | 15:42

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Pirhəsənli kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Pirhəsənli kənd ərazisindən keçən magistral avtomobil yolunun təmiri, kəndin elektrik təchizatının yaxşılaşdırılması, Pirhəsənli kənd ərazisindən keçən magistral avtomobil yolunda piyada keçidi zolaqlarının çəkilməsi, yeni inşa edilmiş Pirhəsənli kənd uşaq bağçasının açılışı, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər