Şriftin ölçüsü :

Saytın rəngi :

P.F.Mirzəyev adına Ağsu şəhər 5 saylı tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib

15 sentyabr 2022 | 15:32

     Yeni 2022-23-cü tədris ilinin başlanğıcında P.F.Mirzəyev adına Ağsu şəhər 5 saylı tam orta məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış və məktəb binası istifadəyə verilmişdir.

     15 sentyabr 2022-ci il tarixdə rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov P.F.Mirzəyev adına Ağsu şəhər 5 saylı tam orta məktəbinin binasında görülən işlərlə tanış olmuş, müəllim-şagird kollektivi ilə görüşmüşdür. RİH başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağsu rayonu ilə bağlı imzaladığı Sərəncamlar, verdiyi müvafiq tövsiyə və tapşırıqlar nəticəsində rayonumuz bütün sahələrdə olduğu kimi təhsi sahəsində inkişaf etmişdir. Vurğulayıb ki, son illər rayonun təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilmişdir.

     Məktəbin müəllim-şagird kollektivi və valideynlər rayonunun təhsil sisteminə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər

Keçidlər