Şriftin ölçüsü :

Saytın rəngi :

“Orqanik kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüş keçirilib

26 aprel 2024 | 17:11

     26 aprel 2024-cü il tarixdə Ağsu rayon Bozavand kənd klubunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Dağlıq Şirvan Regional Kordinatorluğu tərəfindən “Orqanik kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlar və fermerlərlə görüş keçirilib.

     Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dağlıq Şirvan Regional Kordinatorluğunun kordinatoru Cavanşir Məhərrəmov, Ağsu KOB Dostu üzrə nümayəndə Abas Abasov, Ağsu Rayon İcra Hakimiyyəti başçı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sadıq Nəsirov, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Sahibkarların İnkişaf Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzi, müvəkkil kredit təşkilatlarının yerli nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkar və fermerlər iştirak etmişlər.

     Görüşdə orqanik kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud investisiya imkanları haqqında məlumat verilib, sahibkarlıq subyektlərinin təklifləri dinlənilib. Həmçinin, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər