Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib

16 noyabr 2022 | 16:29

     16 noyabr 2022-ci il tarixdə Ağsu rayon Heydər Əliyev Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə dəyirmi masa keçirilib.

     Tədbirdə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb, lazımi metodiki tövsiyələr verilib.

Keçidlər