Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Ağsu rayonunda sahibkar və fermerlərlə görüş keçirib
19 dekabr 2024-cü il tarixdə YAP Ağsu rayon təşkilatının inzibati binasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Maliyyə resurslarına çıxışla bağlı mövcud imkanlar, çətinliklər və prespektivlər” mövzusunda sahəvi görüş keçirilib
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dağlıq Şirvan Regional Kordinatorluğunun kordinatoru Cavanşir Məhərrəmov, Ağsu KOB Dostu üzrə nümayəndə Abas Abasov, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sadıq Nəsirov, İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan Regional bölməsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarların İnkişaf Fondu, Dövlət Məşğulluq Agentliyi, müvəkkil kredit təşkilatlarının yerli nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkar və fermerlər iştirak etmişlər.
Görüşdə dövlətin güzəştli maliyyə vəsaitinin əldə olunması, heyvandarlıq sahəsində subsidiyaların verilməsi, regionlar üzrə girov təminatı, aqrar sığorta qaydaları ilə bağlı iştirakçılara geniş məlumat verilib, həmçinin, sahibkarlıq subyektlərinin təklifləri dinlənilib. Eləcə də, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.