Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Ağsu rayonunda “Aqrobiznes sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüş keçirib
23 fevral 2024-cü il tarixdə Ağsu rayon Çaparlı kənd klubunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Dağlıq Şirvan Regional Kordinatorluğu tərəfindən “Aqrobiznes sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlar və fermerlərlə görüş keçirilib.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dağlıq Şirvan Regional Kordinatorluğu Ağsu KOB Dostu üzrə nümayəndə Abas Abasov, Ağsu Rayon İcra Hakimiyyəti başçı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sadıq Nəsirov, İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional bölməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin, müvəkkil kredit təşkilatlarının yerli nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkar və fermerlər iştirak etmişlər.
Görüşdə aqrobiznes sahəsində mövcud investisiya imkanları haqqında məlumat verilib, sahibkarlıq subyektlərinin təklifləri dinlənilib. Həmçinin, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.