Şriftin ölçüsü :

Saytın rəngi :

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti “Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində Ağsu rayonuna səfər edib

18 yanvar 2023 | 17:46

     18 yanvar 2023-cü ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti və Ağsu Rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında görüş keçirilib. Nümayəndə heyətinin Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli ilə ikitərəfli müzakirələrdə regionun informasiya texnologiyaları üzrə potensial imkanlarından danışılıb. Görüşdə region məktəblərində tədris alan şagirdlərin İKT sahəsi üzrə maarifləndirmə prosesinin aparılması, onların bu sahədə gələcək karyera planlarına dəstək olunması və istiqamətləndirilməsi üzrə potensial atıla biləcək addımlar müzakirə olunub.

     “Technest” Təqaüd Proqramı çərçivəsində Ağsu rayonuna səfər zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında rayon gəncləri ilə görüş keçirilib. 100-dən çox gəncin iştirak etdiyi tədbirdə “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri, eyni zamanda “DİV Academy” tədris mərkəzinin nümayəndələri yer alıb. Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə “DİV Academy”  tərəfindən yerindəcə imtahan keçirilib.

Keçidlər