I Qarabağ müharibəsi şəhidi Mövlamov Cahangir Ağaşah oğlunun ailəsi ilə görüş keçirilib
8 Noyabr – Zəfər günü ilə əlaqədar 06.11.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və RİH-nin nümayəndələrinin iştirakı ilə Ağarx kəndində I Qarabağ müharibəsi şəhidi Mövlamov Cahangir Ağaşah oğlunun ailəsi ilə görüş keçirib.
Görüşdə şəhid ailəsinin qarşılaşdığı çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, şəhid ailəsi tərəfindən qaldırılan məsələlərin həlli yolları müzakirə olunmuşdur.
Görüş zamanı şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.







