Şriftin ölçüsü :

Saytın rəngi :

I Qarabağ müharibəsi əlili Mecidov Zaur Mecid oğlunun ailəsi ilə görüş keçirilib

06 noyabr 2026 | 19:09

       8 Noyabr – Zəfər günü ilə əlaqədar 06.11.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və RİH-nin nümayəndələrinin iştirakı ilə Qaraqaşlı kəndində I Qarabağ müharibəsi əlili Mecidov Zaur Mecid oğlunun ailəsi ilə görüş keçirib.  

        Görüşdə ailənin qarşılaşdığı çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, ailə tərəfindən qaldırılan məsələlərin həlli yolları müzakirə olunmuşdur.

       Görüş zamanı ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər