Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda yığıncaq keçirilib

25 iyun 2023 | 15:20

     “Heydər Əliyev İli” çərçivəsində Ağsu şəhər Mədəniyyət evində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırış yaşlı gənclər, Vətən müharibəsi veteranları və qazilər iştirak ediblər.
    Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd ediblər. Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda keçirilən tədbirin də həmin tədbirlərin davamı olduğunu diqqətə çatdırıb. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb tarixinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixi, onun formalaşması bütün ömrünü xalqının xoşbəxt gələcəyinə, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.
    Xüsusilə qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq.

Keçidlər