Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərin ümumrayon yığıncağı keçirilib

02 fevral 2023 | 17:23

     YAP Ağsu rayon təşkilatının iclas zalında Ağsu rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərin ümumrayon tədbiri keçirilib.

     Tədbir iştirakçıları əvvəlcə YAP Ağsu rayon təşkilatının foesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.

     Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

     Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Ümummilli Liderin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb.

     Digər çıxış edənlər dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən razılıqlarını ifadə edib, onlara göstərilən etimadı şərəflə doğruldacaqlarını, Vətənimizin tərəqqisi, inkişafı uğrunda səylərini əsirgəməyəcəklərini bildiriblər.

     Daha sonra Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, dahi rəhbərin daim Azərbaycanın gələcəyi haqqında düşündüyünü, gənc nəslin inkişafına davamlı qayğı göstərildiyini, gənclərlə bağlı bir sıra sərəncam və fərmanların imzalandığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirib.

     Sonda Vətən müharibəsi qazilərinə və ictimai-siyasi fəaliyyətdə fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilib.

Keçidlər