Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbmehdibəy kəndində növbəti səyyar qəbul keçirilib

14 iyul 2022 | 16:53

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərəbmehdibəy kəndində növbəti səyyar qəbul keçirib.
     Qəbulda vətəndaşlar tərəfindən Ərəbmehdibəy kəndində elektrik təchizatının yaxşılaşdırılması, uşaq bağçasının tikilməsi, internet şəbəkəsinə qoşulma, suvarma kanal və arxlarının lildən təmizlənməsi, Dədəli və Ərəbmehdibəy kəndlərində içməli su təminatı məqsədi ilə yeni bulaqların quraşdırılması, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərin bir qismi yerində həll olunub. Bəzi müraciətlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər