Energetika naziri 19.03.2026-cı il tarixdə Ağsu rayonunda vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov Ağsu rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Pərviz Şahbazov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik verilişi xətlərinin mühafizə zonası, elektrik enerjisinin fasilələrlə verilməsi və keyfiyyəti, elektrik xətlərinin istismar vəziyyəti, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.







