Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ağsu rayonundan olan vətəndaşların qəbulunu keçirib

16 avqust 2023 | 11:00

     Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov avqustun 15-də Ağsu rayonunda sakinləri qəbul edib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

     A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

     Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Keçidlər