Ədliyyə naziri Ağsu şəhərində vətəndaşları qəbul edib
09 avqust 2025 | 14:40
Ədliyyə naziri Fərid Əhmədov 8 avqust tarixində Ağsu şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Fərid Əhmədov və Ağsu RİH-nin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və önünə gül dəstəsi qoyublar.
Qəbulda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.







