Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2023 | 16:30

     YAP Ağsu rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramlarla yad ediblər.

     Bayram tədbirini giriş nitqi ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb.

     RİH başçısının birinci müavini Füzuli Kərimli məruzəsində Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edib. Bildirib ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyub. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir.

     Yığıncaqda ölkə Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş RİH başçısının Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İslamov İsmayıl Nadir oğlu və  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon Gənclər və İdman İdarəsinin rəisi Kərimli Azər Arif oğlu təbrik edilib. Həmçinin peşə bayramı günündə rayonun bir qrup dövlət qulluqçuları RİH başçısı tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Keçidlər