Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti təlimlər Ağsu rayonunda keçirilib

05 sentyabr 2024 | 14:26

     3, 4 və 5 sentyabr 2024-cü il tarixlərdə Ağsu rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə”, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” və “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzularında təlimlər keçirilib.

     Təlimlərdə Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin əməkdaşları Elnur Abbasov, Gündüz Əhmədli, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin əməkdaşları Nazlı Abduləlimova, Humay Eminzadə, RİH başçısı aparatında və yerli icra nümayəndəliklərində çalışan dövlət qulluqçuları iştirak ediblər.

     Təlimlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  22 iyul  2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində respublikanın bir sıra şəhər və rayonlarında keçirilir.

Keçidlər