Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib

02 noyabr 2026 | 18:44

       Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

     Noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Ağsu şəhərində - Ağsu, İsmayıllı, Şamaxı və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

      Qəbuldan öncə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ağsu şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

      Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Ağsu, İsmayıllı, Şamaxı və Göyçay rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

       Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər