Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu rayonunda vətəndaşları qəbul edib

16 dekabr 2022 | 17:31

     Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 16 dekabr 2022-ci il tarixində Ağsu şəhərində Ağsu, İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

    Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

     Ağsu şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər