Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib

28 mart 2023 | 16:29

     28 mart 2023-cü il tarixdə Ağsu rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin və rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndərin adını daşıyan parkda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yübileyinə həsr edilən məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib.
     Gənc istedadların Ulu Öndərə həsr etdikləri sərginin təqdimatında rayon məktəblilərinin, məktəbdənkənar təhsil müəsissələrinin dərnək üzvlərinin, həvəskar gənc rəssamların təsviri incəsənət, dekorativ tətbiqi sənət, bədii-tikmə üzrə 100-dən çox əl işi nümayiş olunub.

Keçidlər