Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar "Heydər Əliyev - Müstəqil Azərbaycanın memarı və qurucusu" mövzusunda toplantı keçirilib

04 may 2023 | 17:05

      04 May 2023-cü il tarixdə "Ağsu rayon Mərkəzi Xəstəxanası" PHŞ-də Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar "Heydər Əliyev - Müstəqil Azərbaycanın memarı və qurucusu" mövzusunda toplantı keçirilib.

      Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

      Tədbiri giriş sözü ilə açan Ağsu RMX PHŞ-nin direktoru Əli Hüseynov bildirib ki, Heydər Əliyev irsi milli dövlətçilik tarixidir. Ulu öndər bir- birindən kəskin fərqlənən iki ayrı dövrdə həm SSSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib. Əli Hüseynov vurğulayıb ki, Ulu öndər Hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın hərtərəfli inkişafı məhz Ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük fəxrlə “ Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deyən dahi şəxsiyyət dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub.
 
       Tədbirdə çıxış edən Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva bildirib ki, Ulu öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb. 1993-2003-cü illərdə Ümummilli Liderin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük zəfərə aparan yolun başlanğıcı olmuşdur.
 
       Digər çıxış edənlər vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.
Keçidlər