Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda yığıncaq keçirilib

19 sentyabr 2023 | 12:05

     Ağsu Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda yığıncaq keçirilib. Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın tanınmış neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlinin qoyduğunu bildirib. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə, Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı olduğunu qeyd edib.

    Diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynadı. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir.  

    Digər çıxış edənlər XX əsrdə Azərbaycanın neft sənayesinin sürətli inkişafından, respublikamızda güclü istehsal bazaları və elmi mərkəzlərin yaradılmasından, Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında dünyanın ən məşhur neft şirkətlərinin iştirak etməsindən, "Yeni neft strategiyası" və doktrinasının əsasının qoyulmasından bəhs ediblər.

    Çıxışlarda Ulu Öndərin müəllifi olduğu, Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcəyi vurğulanıb.

Keçidlər