Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonuna səfər edib

12 avqust 2022 | 17:09

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub. Sonra Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Səfər çərçivəsində Prezident İlham Əliyev Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

Keçidlər