Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində Peşə Bayramı qeyd edilib
05 iyun 2026 | 20:36
5 iyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı münasibətilə Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yığıncaq keçirilib.
Tədbirdən öncə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivinin iştirakı ilə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilmiş, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunaraq abidə önünə gül dəstələri düzülmüşdür.







