Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhərində 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar konsert təşkil olunub

07 noyabr 2026 | 19:08

         Ağsu rayonunda 8 Noyabr - Zəfər günü silsilə tədbirlərlə qeyd olunur.  Noyabrın 7-də Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar rayon Mədəniyyət evində konsert təşkil olunub.

        Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

         Konsertdən öncə RİH başçısı Rövşən Bağırov çıxış edərək tədbir iştirakçılarını Zəfər günü bayramı münasibətilə təbrik edib. RİH başçısı 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər gününü təntənə ilə qeyd edir.      

     Sonra Ağsu rayon Mədəniyyət Mərkəzinin yerli musiqiçilərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış rəngarəng konsert proqramı nümayiş etdirilib.

          Konsert bitdikdən sonra Heydər Parkında Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Keçidlər