Ağsu RİH-nin başçısı 17 avqust 2022-ci ildə Padar kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Padar kənd inzibati ərazi dairəsi üzrə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Kalağaylı kəndindəki elektrik transformatorunun, Əlabbas kanalı üzərindəki körpünün və Bənəcik kəndinə gedən giriş avtomobil yolunun cari təmiri, Padar kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərin telefon və internetlə təmin olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.