Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH-də vətəndaşlar qəbul edilib

07 oktyabr 2022 | 15:07

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vətəndaşların növbəti qəbulunu keçirib. RİH başçısı Vətən müharibəsi qazilərini, iştirakçılarını və bir qrup rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşları dinləyən RİH başçısı müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər