Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH-də Hümbətova Sehrayyə Şiralı qızının 75 illik yubileyi qeyd olunub

03 iyun 2026 | 19:36

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə RİH-nin iclas zalında rayonun Müradlı kənd sakini və hazırda Ağsu rayonunun Qaraqoyunlu bələdiyyəsinin sədr müavini vəzifəsində çalışan Hümbətova Sehrayyə Şiralı qızının 75 illik yubileyi qeyd olunub.

     Tədbirdə RİH-nin başçısı Rövşən Bağırov Sehrayyə Hümbətovanı 75 illik yubileyi münasibətilə təbrik edib və çıxış edərək bildirib ki, S.Hümbətova 53 illik əmək fəaliyyəti dövründə rayonun müxtəlif təşkilatlarında, eləcə də Muradlı və Qaraqoyunlu bələdiyyələrində məsul vəzifələrdə çalışmışdır. RİH başçısı qeyd edib ki, S.Hümbətova rayonun ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərində göstərdiyi səmərəli fəaliyyətinə görə dəfələrlə RİH-nin Fəxri Fərmanları ilə təltif edilib.

     Yığıncaqda S.Hümbətovaya 75 illik yubileyi münasibətilə RİH tərəfindən qiymətli hədiyyələr təqdim edilib. Sonda S.Hümbətova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Keçidlər