Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH-də FHN-in Şimal-qərb Regional Mərkəzi tərəfindən müşavirə keçirilib

01 dekabr 2022 | 15:27

     Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

     Tədbirdə FHN-in Şimal-qərb Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Eldəniz Mehdiyev, Ağsu RİH başçısının müavini, rayon Fövqəladə Hallar komissiyasının sədri Elçin Məmmədov, Regional mərkəzin əməkdaşları, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.

     Müşavirənin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, müvafiq maarifləndirmə işlərinin intensivləşdirilməsi, bu sahədə mövcud problemlərin müzakirəsi və həlli yollarının tapılmasından ibarət olub.

     Tədbirdə FHN-in Şimal-qərb Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Eldəniz Mehdiyev çıxış edərək  Ağsu rayonu ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

     Həmçinin, Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən dislokasiya ərazisinə daxil olmaqla rayonda yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında toplanış iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

     Toplanışın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

 

Keçidlər