Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH-də 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub

03 dekabr 2022 | 14:39

     3 dekabr 2022-ci il tarixdə Ağsu rayon İcra Hakimiyyətində Beynəlxalq Əlillər günü münasibətilə bir qrup əlillər ilə görüş keçirilib. Görüşdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, eləcə də RİH-nin rəhbər vəzifəli şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Famil Əliyev iştirak edib.

     Tədbirdə çıxış edən Ağsu RİH-nin başçısı Rövşən Bağırov bildirib ki, əlilliyi olan şəxslərə diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilir. Ölkə başçısı tərəfindən əlil vətəndaşların pensiya və müavinətlərinin məbləğlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar verilir. Cənab Prezidentin tapşırığına əsasən rayonda əlillər üçün lazımi şərait yaradılmış və onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir.

     RİH başçısı xüsusilə vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı qələbə qazandığı 44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş vətəndaşlarımızın sağlamlığının bərpası və normal həyata qayıtmağı istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır.

     Görüşdə bir qrup müharibə əlilləri çıxış edərək onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini, bunun sayəsində bir çox məsələlərin həll edildiyini, bütün bunlara görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, həmçinin bir sıra xahiş və təkliflərini səsləndiriblər. Görüş iştirakçılarının irəli sürdükləri məsələlər tezliklə həll olunması məqsədilə rayon rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Keçidlər