Ağsu RİH başçısı Təklə və Qasımbəyli kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 12.05.2026-cı il tarixdə Təklə kəndində, 13.05.2026-cı il tarixdə isə Qasımbəyli kəndində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik, suvarma və içməli su təchizatının yaxşılaşdırılması, suvarma arxlarının lildən təmizlənməsi, Qasımbəyli kəndi ərazisində Girdiman çayı yatağının kənarlarına sel təhlükəsizliyi məqsədilə beton istinad bəndlərin yenidən qurulması, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







