Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Təklə kəndində növbəti səyyar qəbul keçirib

10 aprel 2025 | 15:09

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Təklə kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddə tibb məntəqəsi və uşaq bağçası üçün binanın tikintisi, kəndin elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, kənddə mövcud sututarın lildən təmizlənməsi, subartezian quyusunun nasosunun təmiri, ünvanlı dövlət sosial yardımın verilməsi, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər