Ağsu RİH başçısı Suraxanı və Hacıman kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 15 iyul 2025-ci il tarixdə hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Suraxanı və Hacıman kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik təchizatının yaxşılaşdırılması, Suraxanı kəndinə gedən avtomobil yolunun bir neçə hissəsində sürüşmə ilə əlaqədar təmir işlərinin görülməsi, yanğın təhlükəsizliyi ilə bağlı Suraxanı kəndi və ətraf meşə əraziləri üçün yanğınsöndürən maşın təyin olunması, Hacıman kəndində məişət tullantıları üçün yer ayrılması, fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin verilməsi, Hacıman kəndinin bəzi küçələrində yolların təmirinə köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







