Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Sanqalan və Suraxanı kəndlərində səyyar qəbullar keçirib

18 iyul 2026 | 10:38

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 17.07.2026-cı il tarixdə Sanqalan və Suraxanı kəndlərində səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik və içməli su təchizatının yaxşılaşdırılması, örüş sahəsinin zəbt edilməsi, kənddaxili yolların təmiri, Özünüməşğulluq Proqramı çərçivəsində mal-qara ilə təmin olunma ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər