Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Rövşən Bağırov Nuran kəndində səyyar qəbul keçirib

12 iyul 2024 | 14:32

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nuran kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Nuran kənd tam orta məktəbinin idman zalının təmiri, Ağsu-Xanbulaq-Nüydü (uzunluğu 25 km) və həmin yoldan ətraf kəndləri birləşdirən avtomobil yolunun təmiri, kəndin bir hissəsində torpaq sürüşməsinin qarşısının alınması, taxıl biçini ilə əlaqədar kəndə kombayın göndərilməsi, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin fərdi yaşayış evlərinin təmiri, işlə təminatı, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər