Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Rövşən Bağırov Ləngəbiz kəndində səyyar qəbul keçirib

13 fevral 2025 | 15:25

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ləngəbiz kəndində səyyar qəbul keçirib.

     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun, eləcə də Ləngəbiz kəndinin giriş avtomobil yolunun asfaltlaşdırılması, suvarma arxının təmiri, suvarma suyu, elektrik enerjisi və təbii qaz təchizatının yaxşılaşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər