Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Qiyaslı və Nəmirli kəndlərində səyyar qəbullar keçirib

17 aprel 2026 | 15:31

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 15.04.2026-cı il tarixdə Qiyaslı və 16.04.2026-cı il tarixdə Nəmirli kəndlərində səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik və içməli su təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, kəndlərdə giriş və daxili avtomobil yollarının təmiri, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər