Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Qasımbəyli və Mustafalı kəndlərində səyyar qəbullar keçirib

23 may 2025 | 15:49

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qasımbəyli və Mustafalı kəndlərində səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik, içməli və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, tibb məntəqəsi üçün bina tikintisi, internetin sürətinin artırılması, ünvanlı dövlət sosial yardımın verilməsi, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər