Ağsu RİH başçısı Qaraməmmədli və Daşdəmirbəyli kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 04.11.2025-ci il tarixdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaraməmmədli və Daşdəmirbəyli kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə içməli və suvarma suyu, elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, əkin məqsədi ilə torpaq sahəsinin ayrılması, Daşdəmirbəyli kəndinin giriş avtomobil yolunun təmiri, maddi yardım ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







