Ağsu RİH başçısı Qaradağ və Qarabağlı kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 16 may 2024-cü il tarixdə hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaradağ və Qarabağlı kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən Qaradağ kənd ümumi orta məktəb binasının təmiri, Qarabağlı kəndində magistral avtomobil yolu üzərində piyada keçid nişanlarının qoyulması, kəndlərin içməli və suvarma suyu, elektrik, internet, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə və mənzillə təminatı, maddi yardım edilməsi, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.