Ağsu RİH başçısı Pirhəsənli və Bozavand kənd sakinləri üçün səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 11.03.2026-cı il tarixdə Pirhəsənli və 12.03.2026-cı il tarixdə Bozavand kənd sakinləri üçün səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, torpaq sahələrinin sənədləşdirilməsi, kəndlərdə daxili avtomobil yollarının təmiri, Pirhəsənli kənd tam orta məktəbinin təmiri, maddi yardım olunması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







