Ağsu RİH başçısı Mustafalı və Gursulu kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 17.06.2026-cı il tarixdə Mustafalı kəndində, 18.06.2026-cı il tarixdə isə Gursulu kəndində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik, suvarma və içməli su təchizatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, suvarma arxlarının lildən təmizlənməsi, taxıl biçini mövsümü ilə əlaqədar kombaynlarla təminat, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







