Ağsu RİH başçısı Musabəyli və Növcü kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 19.11.2025-ci il tarixdə Musabəyli və 20.11.2025-ci il tarixdə Növcü kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə içməli və suvarma suyu, elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, suvarma kanallarının lildən təmizlənməsi, subartezian quyusunun təmiri, əkin məqsədi ilə torpaq sahəsinin ayrılması, Növcü kəndinin daxili avtomobil yolunun təmiri, tibb məntəqəsinin binasının təmiri, fərdi torpaq sahələrinin sənədləşdirilməsi, işlə təminat, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







