Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Muradlı və Elabad kənd sakinləri üçün səyyar qəbullar keçirib

23 yanvar 2026 | 16:42

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Muradlı və Elabad kənd sakinləri üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə içməli və suvarma suyu, elektrik təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, torpaq sahələrinin sənədləşdirilməsi, Muradlı kəndində subartezian quyusunun təmiri, kəndlərdə daxili avtomobil yollarının təmiri, Bakı-Şamaxı-Yevlax yolunun Elabad kəndindən keçən hissəsində, Pirhəsənli kənd tam orta məktəbinin önündə piyada keçid zolağının qoyulması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
        Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər