Ağsu RİH başçısı Kəndoba və Abasxanlı kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəndoba və Abasxanlı kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən Kəndoba kəndində avtomobil yolunun təmiri, orta məktəb binasının təmiri və ya inşası, kənd ərazisində ödəniş terminalının quraşdırılması, Abasxanlı kəndində avtomobil yolu üzərində sürət radarının quraşdırılması, içməli və suvarma suyu, elektrik, internet, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə və mənzillə təminatı, maddi yardım edilməsi, əkin sahələrinin ziyanvericilərdən zərərsizləşdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.