Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Gursulu kəndində səyyar qəbul keçirib

12 iyun 2025 | 16:04

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Gursulu kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Gursulu kəndində daxili avtomobil yolunun asfaltlaşdırılması, kəndin yaxınlığından keçən magistral avtomobil yolu üzərində radar və piyada keçidinin quraşdırılması, əkin üçün torpaq sahəsinin ayrılması, kəndin elektrik təchizatının yaxşılaşdırılması, ünvanlı dövlət sosial yardımın verilməsi, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər