Ağsu RİH başçısı Göydəlləkli və Qaravəlli kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 24 sentyabr 2025-ci il tarixdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Göydəlləkli və Qaravəlli kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə içməli su, elektrik təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, kəndarası yolların təmiri, mal-qaranın suvarılması üçün sututarın qazılması, mənzil. əlil arabası və işlə təminat, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







