Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Ərəbmehdibəy və Göydəlləkli kəndlərində səyyar qəbullar keçirib

25 sentyabr 2026 | 14:59

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 23.09.2026-cı il tarixdə Ərəbmehdibəy və Göydəlləkli kəndlərində səyyar qəbullar keçirib.
    Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik, təbii qaz, suvarma və içməli su ilə təchizatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, suvarma kanalllarının lildən təmizlənməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
      Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər