Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Bico kəndində səyyar qəbul keçirib

17 fevral 2024 | 12:37

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Bico kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, internet, təbii qaz, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, fərdi yaşayış evinin təmiri, bir sıra sakinlərin işlə təminatı, Bico kəndinin əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi, avtomobil yollarının təmiri, maddi yardım verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər