Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Bənəcik və Kalağaylı kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib

23 may 2024 | 19:22

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Bənəcik və Kalağaylı kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
    Səyyar qəbullarda vətəndaşlar tərəfindən Bənəcik kəndinin giriş avtomobil yolunun asfaltlaşdırılması, kəndlərin ərazisindən keçən magistral avtomobil yolunda təmir işlərinin görülməsi, kəndlərin içməli və suvarma suyu, elektrik, internet, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, Kalağaylı kəndinin sel sularından mühafizəsi, bir sıra sakinlərin işlə və özünüməşğulluq proqramı çərçivəsində xırda buynuzlu mal-qara ilə təmin olunması, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
    Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər